Alətlər Sandığı |
Vikipediya:Vikipediya lüğət deyil
Vikipediyaya ilk baxdığınızda onu lüğət sanmanız normaldır. Başlanğıcda bir çox maddə olduqca qısadır. Bunun səbəbi əksəriyyətlə, bir anlayışı təyin etmək üçün birinin yeni bir maddə açması, lakin sanki bu qədəri kafi imiş kimi, üzərində çalışmaqdan imtina etməsindən qaynaqlanar. Bunun nəticəsində qaralama maddələr, və ya daha pisi, böyümə ehtimalı heç olmayan maddələr ortaya çıxa bilməkdədir. Bu, ümumiyyətlə təklif edilən bir vəziyyət deyil; ancaq bu mövzuda qəti bir fikir birliyi də yoxdur. Əgər hər kəsin xoşbəxt olmasını istəsəniz, tərifin yanına bir miqdar ansiklopedik məlumat əlavə etmənizdə fayda vardır. Bəzi meyarları qarşılamayan qaralama maddələr tamamilə silinə bilərlər. Bunun xaricində, bəzi mənalarının ensiklopedik olmamasından ötəri və Vikipediya də bir lüğət olmadığı üçün, bəzi terminlərin bütün lüğət mənalarının o termini izah edən maddənin içində iştirak etməsinə ehtiyac yoxdur. Təbii ki, o məqalənin ana mövzusunu açıqlamaq üçün lazımlı isə o terminin digər mənaları məqalə içində verilə bilər. |