Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın Milli Elmlər Akademiyası, Rəyasət heyəti
Azərbaycanın Milli Elmlər Akademiyası, Rəyasət heyəti
Azərbaycanın Milli Elmlər Akademiyasının əsas binası
Azərbaycanın Milli Elmlər Akademiyasının əsas binası

Azərbaycanın Milli Elmlər Akademiyası(AMEA) - respublikanın əsas elmi qurumudur. AMEA 1945-ci ildə Bakı şəhərində təsis edilmişdir.

Mündəricat

[redaktə / تحریر] Tarixi

Hələ 1920-ci ilin əvvəllərində respublikada elmi tədqiqatlar əsasən Azərbaycan Dövlət Universitetində mərkəzləşmişdi. 1920-1922-ci illərdə burada humanitar, tibbtəbiət bölmələrindən ibarət elmi assosiasiya təşkil edilmiş və fəaliyyət göstərmişdir.

1925-ci ildə Cəmiyyət Azərbaycan hökumətinin sərəncamına verildi.

1929-cu ildə Azərbaycanın Tədqiq və Tətqiq Cəmiyyəti yenidən təşkil edilərək Azərbaycan Dövlət Elmi-Tədqiqat İnstitutu (DETİ) adlandırıldı. İnstitutun təbiət, biologiya, tarixetnoqrafiya, dilçilik, ədəbiyyatincəsənət, fəlsəfə, Sovet Şərqi və xarici Şərq, dövlət və hüquq bölmələri var idi.

1932-ci ildə Azərbaycan DETİ əsasında SSRİ Elmlər Akademiyası Zaqafqaziya Filialının Azərbaycan Şöbəsi təşkil edildi. Şöbəyə R.Axundov rəhbərlik edirdi. Şöbədə 11 bölmə və bir neçə komissiya fəaliyyət göstərirdi. Bir sıra məşhur alimlər - F.Y.Levinson-Lessinq, İ.M.Qubkin, A.A.Qrossheym, N.Y.Marr, İ.İ.Meşşanov, A.N,Derjavin, İ.Q,Yesman, ilk Azərbaycan alimlərindən B.Çobanzadə, V.Xuluflu, M.Əfəndiyev, A.Tağızadə, S.Mümtaz, A.S.Məmmədov və başqaları burada elmi-tədqiqat işləri aparırdılar.

1935-ci ilin oktyabrında şöbə SSRİ EA Azərbaycan Filialına çevrildi. Filialın yanında mövcud bölmələr əsasında Kimya, Botanika, ZoologiyaTarix, EtnoqrafiyaArxeologiya, DilƏdəbiyyat Elmi-Tədqiqat institutları, habelə Energetika, Fizika, Geologiya, Torpaqşünaslıq sektorları yaradıldı. Filialın Rəyasət Heyətinin sədri əvvəl akad. İ.M.Qubkin, sonralar isə akad. S.S.Namyotkin oldu.

SSRİ Xalq Komissarları Sovetinin 1945 il 23 yanvar tarixli qərarı ilə filial Azərbaycan EA-na çevrildi. Bu vaxt akademiyanın 4 bölməsi, 16 elmi-tədqiqat institutu, elmi-tədqiqat şöbəsi, 3 muzeyi, mərkəzi elmi kitabxanası, Naxçıvan, Gəncə, XankəndiQubada elmi bazaları var idi. Həmin il Azərbaycan EA-na 15 həqiqi üzv seçildi. Onun ilk heyətində Ü.Hacıbəyov, S.Vurğun, M.İbrahimov, Y.Məmmədəliyev, M.Qaşqay, A.A.Qrossheym, S.Dadaşov, İ.Q.Yesman, M.Mirqasımov, Ş.Əzizbəyov, Ə. Əlizadə, M.Topçubaşov, M.Hüseynov, H.Hüseynov və İ.İ.Şiroqorov daxil oldu.1945-ci il martın 31-də akademiyanın həqiqi üzvlərinin ilk ümumi iclasında Mirqasımov Mir Əsədulla Mir Ələsgər oğlu prezident seçildi. Sonrakı illərdə Məmmədəliyev Yusif Heydər oğlu (1947-1950, 1958-1961), Əliyev Musa Mirzə oğlu (1950-1958), Xəlilov Zahid İsmayıl oğlu (1961-1967), İsmayılov Rüstəm Hacıəli oğlu (1967-1970), Abdullayev Həsən Məmmədbağır oğlu(1970-1983), Salayev Eldar Yunis oğlu (1983-1997), Maqsudov Fəraməz Qəzənfər oğlu (1997-2000) Akademiyanın prezidenti olmuşlar.

2001-ci ildən AMEA-nın prezidenti akademik Mahmud Kərim oğlu Kərimovdur.

Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 21 may 2002-ci il tarixli 81 saylı qərarına əsasən AMEA-da struktur dəyişikliyi edilmişdir.

İnformasiya Telekommunikasiya Elmi Mərkəzinin (İTEM) bazasında İnformasiya Texnologiyaları İnstitutu (İTİ), Radiasiya Tədqiqatları sektorunun (RTS) bazasında Radiasiya Problemləri İnstitutu (RPİ) yaradılmışdır. İTİ-nun əsas fəaliyyət istiqamətləri yeni informasiya texnologiyaları əsasında müxtəlif sahələrin informasiyalaşdırılması, intellektual kompüter şəbəkələri və sistemlərinin yaradılması, informasiya təhlükəsizliyinin təmin olunmasıdır. Radiasiya Problemləri İnstitutunun əsas fəaliyyət istiqamətləri radiasiya texnologiyası, radiasiya təhlükəsizliyi, qeyri-ənənəvi enerji çevrilmə problemləri, ekologiya, radioekologiyadır.

[redaktə / تحریر] Strukturu

Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsi

Kimya Elmləri Bölməsi

Yer Haqqında Elmlər Bölməsi

Biologiya Elmləri Bölməsi

Humanitar və İctimai Elmlər Bölməsi

[redaktə / تحریر] Bax

[redaktə / تحریر] Keçidlər


SEO Tools wymiana linkami system wymiany linków tanie kredyty gotówkowe kreatyna Plaza 3 star hotel Los Angeles krynica noclegi Sejm Tyk